Məhsul üzrə mütəxəssis

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 24.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəlikləri:

  • Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması; 
  • Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də GTM strategiyalarının icrası; 
  • Daxili və departamentlərarası proseslərin və prosedurların yaradılması, optimallaşdırılması və koordinasiyası;
  • Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;
  • Kütləvi müştəri bazası dəyişikliklərinin, miqrasiyasının və əldə edilməsinin (acquisition) idarə olunması;
  • Online və offline kommunikasiya kanallarının koordinasiyası və idarə olunması; 
  • Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;
  • Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
  • İclas və danışıqlarda departamentin və təşkilatın maraqlarını müstəqil formada təmsil etmək; 
  • Əməkdaşlara, rəhbərliyə və yüksək rəhbərliyə məlumatın doğru və düzgün şəkildə çatdırılması;
  • Satış göstəricilərinin yüksəldilməsi, hədəflərin təyin olunması və bonus sisteminin hazırlanması məqsədilə Satış şöbəsi ilə yaxından əməkdaşlıq etmək;

Tələb olunan bilik və bacarıqlar:

  • Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ən azı bakalavr təhsili; 
  • MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək.
  • MS Office, MS Outlook, yüksək səviyyədə MS Excel;
  • Minimum 3 il (əsasən B2C istiqamətli)
  • Azərbaycan, Rus, İngilis dilləri
  • Tapşırıqların idarə olunması (task management) üzrə alət və proqramlardan istifadə (Trello);
  • Öz sahəsi  üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
  • Telekommunikasiya sahəsi üzrə məhsul və xidmətlər üzrə proqnoz vermək və    biznes keysləri həyata keçirmək üzrə təcrübə;
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
  • iş vaxtı: 09:00 - 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq  tələblərə uyğun olan namizədlər mövzu  hissəsində Məhsul üzrə mütəxəssis vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

site.company_rating