IT layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi (Software Tester)

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 18.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Proqram təminatının tələbləri və texniki xarakteristikalarından asılı olaraq proqramın testləşdirilməsi üzrə Testsuite və Testcase-lərin hazırlanması
  • Modul, sistem və istifadəçilər səviyyəsində test işləri daxil olmaqla proqram təminatı üzrə test işlərinin həyata keçirilməsi
  • GUI Test Automation alətlərindən istifadə etməklə UI testlərin hazırlanması

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 - 17:30
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Əmək haqqı: müsahibə əsasında bildiriləcək

Biz sizə nə təklif edirik?

  • Karyera və inkişaf üçün əla fürsətlər
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
  • Əmək qanunvericiliyinə uyğun iş şəraiti
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv
  • Fəaliyyətə əsasən artan əmək haqqı

Namizədə tələblər:

  • Təhsil: Ali
  • İş təcrübəsi: ən azı 2 il müvafiq sahə üzrə
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis dili (texniki), Rus (arzuolunandır)
  • SQL və proqramlaşdırma dilləri (C#) üzrə baza bilikləri
  • Bug tracking izləmə sistemləri ilə təcrübə (TFS)
  • GUI Test Automation tools-lar ilə təcrübə (Selenium WebDriver, HP QTP, AutoIt və s.)
  • Test metodologiyaları üzrə biliklər (Functional, Automation, Performance və s.)
  • Unit testing üzrə ilkin biliklər
  • Analitik təhlil etmə və operativlik bacarığı
  • Komandada işləmə bacarığı