Marketinq üzrə mütəxəssis

İşin təsviri

Tələblər:

  • Əla qramatik və orfoqrafik bacarıqlar.
  • Analitik düşünmə qabiliyyəti və detallı məlumatların təsviri bacarığı.
  • Sıx vaxt məhdudiyyətləri və böyük iş həcmi qarşısında son tarixə yönəlmiş mühitdə işləmə təcrübəsi.
  • Eyni zamanda bir neçə layihəni və prioritetləri idarəetmə bacarığı.
  • Aydın nitq, effektiv ünsiyyətçi ( şifahi və yazılı) - inandırıcı olmaq bacarığı ilə fəqrlənən.
  • Nəticə yönümlü; zaman təzyiqi altında özü və başqaları vasitəsilə prioritetləşmək, idarə etmək və nəticələr əldə etmək üçün sübut edilmiş bacarıq.
  • Media planlama bacarığı.
  • İzləyicilərin nəyə yönəldiyini və nə istədiklərini anlamağa çalışan zehni keyfiyyətlər.
  • Məzmun marketinq strategiyası və kanalları haqqında güclü bilik.
  • Layihə idarəetmə bacarıqları və mürəkkəb bir mühitdə bir çox maraqlı tərəflərin prioritetlərini necə idarə edəcəyini anlamaq, trafik, potensial müştərilər və satış yönümlü nəticələrin çatdırılmasına diqqət yetirmə bacarığı.
  • Proqram təminatı: Microsoft Office, Google Docs, Facebook Creator Studio, Facebook Insight, Trello.
  • Azərbaycan, Rus dillərində mükəmməl şifahi və yazı biliklərinin olması və orta səviyyədə İngilis dili biliyi tələb olunur.

Öhdəliklər:

  • Sosial media marketinq məqsədlərini həyata keçirmək və izləmək.
  • Sosial media şəbəkələrimiz üçün məzmunların hazırlaması.
  • TikTok kanalı və Instagram Reels üçün məzmunun planlaşdırılması və hazırlanması.
  • Hazır məzmunu Facebook Creator Studio vasitəsilə planlamaq.
  • Daimi hekayə (highlights) bölməsini aktual saxlamaq.
  • Sosial media izləyiciləri ilə ünsiyyət qurmaq, FAQ idarə etməyi bacarmaq, o cümlədən, FAQ köməyi ilə tez-tez verilən suallara bütün rəqəmsal kommunikasiya kanalları vasitəsilə vaxtında və brendin təlimatlarına uyğun cavab vermək.
  • Sosial influenser layihəsini inkişaf etdirmək və idarə etmək.
  • Daha effektiv məzmun yaratmaq üçün ən son trendlərdən və müştəri çağırışlarından xəbərdar olmaq.
  • Məzmun marketinq strategiyası və kanalları haqqında güclü bilik
  • Aylıq məzmunun inkişafı üçün beynəlxalq ofisin təqdimatlarını nəzərdən keçirmək və istifadəyə tətbiq etmək
  • Marketinq menecerinin digər tapşırıqlarını yerinə yetirmək.

İş Şərtləri:

  • 5 günlük iş həftəsi.
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) Marketinq üzrə mütəxəssis mövzusu altında elekton ünvanına göndərə bilərlər. 

site.company_rating